Parlament tariximizin Heydər Əliyev dövrü [Mətn] məsul red. O. Əsədov ; tərtibçi-müəllif S. Mirzəyev, M. Qayıbov ; [dizayn V. Əliyev]
Material type:
- Dövlət və hüquq -- Dövlət orqanları sistemi -- Ali dövlət hakimiyyət orqanları -- Milli Məclis -- Azərbaycan
- Tarix -- Azərbaycan tarixi -- Görkəmli şəxsiyyətlər -- Heydər Əliyev -- Azərbaycan
- Siyasət. Siyasi elmlər -- Daxili vəziyyət. Daxili siyasət -- Görkəmli dövlət və siyasi xadimlər -- H. Əliyev -- Azərbaycan
- Х620(2А).611.2
- Т3(2А)-8
- Ф3(2А)-8
Fotolar Milli Məclisin, Milli Arxiv İdarəsinin və AzərTac-ın fotoarxivindən götürülmüşdür.
Elektron resursdan kitabxananın Oxuculara xidmət şöbəsinin Lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsində lokal şəbəkədə istifadə etmək olar.
Kitab Prezident İlham Əliyevin Ulu Öndərin 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı ilə açılır. Dörd fəsildən ibarət kitabın “Siyasi müdrikliyin Heydər Əliyev zirvəsi” adlı birinci fəslində görkəmli dövlət xadiminin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə parlamentin o dövrdəki imkanlarından məharətlə istifadə edərək respublikanın hərtərəfli inkişafı və gələcək müstəqillik üçün möhkəm zəmin yaratması istiqamətində göstərdiyi misilsiz xidmətlər öz əksini tapmışdır. Bu fəsildə ulu öndərin Moskva fəaliyyəti, 20 Yanvar faciəsi ilə bağlı düşüncələri və bu qanlı hadisəyə siyasi qiymət verilməsi yönümündə atdığı məqsədyönlü addımlar geniş işıqlandırılmışdır. “Milli qurtuluş savaşının ön cərgəsində” adlı ikinci fəsil Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə həsr olunmuşdur. Bu fəsildə Ulu Öndərin muxtar respublikada milli dövlətçilik ənənələrimizin bərpası və müstəqilliyin əldə edilməsi uğrunda apardığı mübarizədən bəhs edilmişdir. Kitabın “Müstəqil Azərbaycan naminə” adlı üçüncü fəsli Heydər Əliyevin Ali Sovetin Sədri kimi fəaliyyətinə və sonrakı mərhələdə onun rəhbərliyi ilə ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlərə həsr olunmuşdur. “Bu günümüz və parlamentimiz” adlı dördüncü fəsildə İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlar, ölkədə aparılan islahatlar, yeni mərhələdə qanunvericilik sahəsində əldə edilmiş nailiyyətlər əksini tapmışdır.
Elektron resurs Bakı M. F. Axundov ad. Azərbaycan Milli Kitabxana 2017 1 fayl PDF Kitabxananın Oxuculara xidmət şöbəsinin Lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsində lokal şəbəkədə istifadə etmək olar.
There are no comments on this title.